Ey Sevgili

Gəl eyləmə ömrü hədər Ey Sevgili
Zaman busat zamanıdır ayrılıq yox.
Neçə dərdlər gəldi gedər Ey Sevgili
Zaman gülüş zamanıdır ağlama çox.

Çox çəkmisən həsrətini bir insanın
Daşımısan dərd yükünü bu dünyanın
Gəl bağışla səni hər gün ağladanın
Göz yaşına qıyma bu gün Ey Sevgili.

İllər səni eyləmişdir pər-pərişan
Neyləyək ki,bizə eşqdən qaldı hicran.
“Bu illərdə sevmisenmi?” soruşmuram.
“İndi məni sevərsənmi Ey Sevgili? ”

Mən də səndən uzaqlarda qarlı qışdım.
Soruşsalar bilməm necə yaşamışdım.
Cisminlə yox,baxışınla qucaqlaşdım.
Həsrətmişəm gözlərinə Ey Sevgili…

Məhəbbətmi acı olan həqiqətmi?
Sükut etsəm,danışmasam sənin təki…
Mən də yoxam,mən də öldüm!düşünmə ki,
Yaşamışam səndən ayrı ey sevgili…

16.04.2011
Qəmər Nağızadə