Anti-Mental (SentiMental)

Biz beləyik, Fərqliyik !
Qeyrəti çayxanalarda təsbeh oynatmaqda, orda-burda ağız yayıb özümüzü böyük adam saymaqda görmürük.
Biz onu görürük ki, əyər hər kəs çox kitab oxuyarsa heç kimin qeyrətini mühafizə etməyə ehtiyac qalmaz.
Biz qeybət etməyi sevmirik. Əvəzində zövqlü musiqi dinləyib, yeni nəsə öyrənməyə, həyata fərqli aspektlərdən baxıb onu özlüyümüzdə təhlil etməyə çalışırıq.
Biz fala baxmırıq, xürafatlara inanmırıq.Çünki gələcəyin məchul problemlərini müzakirə etməkdənsə bu günün real problemlərini həll etmək daha üstündür.
Biz insanları dininə görə ayırmırıq.Heç zəka səviyyəsieiffel-tour-paris-people-sparkling-water-Favim.com-45724nə görə də ayırmırıq.Düzünü desəm biz insanları heç cürə ayırmırıq.Əksinə onları birləşdirməyə cəhd edirik.
Mənim yaxşı danışmaq, yaxşı yazmaq qabiliyyətim ola bilər.Əyər digərində bu qabiliyyətlər yoxdursa onu kənara ata bilmərik.Əvəzində onların yaxşı düşünmək bacarığı, fərqli ideaları ola bilər.
Biz heç kimi kənara atmiriq, heç kimi diqqətdən uzağda qoymuruq.
Bizimçün lazımsız adam yoxdur.Bizim üçün yalnış mövqedə dayanan insan var.
Biz hamıya hörmət edirik.Lakin bilirik ki, ədalətsizliyin olduğu yerlərdə empatik olmaq liberallıq yox canilikdir.
Biz pulla satın alınmırıq və pulla satın almırıq !!!
Qeyri-mental düşünürük və əxlaqsızlığın qarşısını almaq üçün əlimizdən gələni edirik.
Biz səhvləri düzəltməyə vaxt ayırmaqdansa düz olanları yönləndirməyi üstün tuturuq.
Vaxt itkisini sevmirik !
Biz yalnız evimizdə, ya da beynimizdə olanlara diqqət ayırmırıq.Bizim diqqətimiz hamı üçündür.
Fərhad kimi çıxıb dağları yarmaqdansa, öncə öz sterotiplərimizi yarıb düşüncələrimizin sərhədlərini genişləndiririk. Qonşunun səhvlərini şişirtməkdənsə öz dünya qədər səhvlərimizi düzəltmətə çalışırıq.
Biz insanları millətlərə ayırmırıq.
Dünya bir ölkədir…
Hamı bir dildə danışsın istəyirik, yalnız doğruların danışıldığı bir dildə….

Qəmər Nağızadə

2 thoughts on “Anti-Mental (SentiMental)

  1. ahmedovhuseyn says:

    bir sual sorusmaq olar mi ?

:) Rey yazmaqcun facebook profilinizden istifade ede bilersiniz...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s