Yalan-doğru yaşamışam mən səni…

Sevgi məni özgə səni tapanda,
Əllərimdə qızılgüllər qapında
Dodağımda nəğmə tək dolaşanda,
Yalan-doğru yaşamışam mən səni.

Ümidlərim yox olan günlərimdə
Ürəyimi tutarkən əllərində,
Mənə “Səni Sevirəm” deməsən də,
Yalan-doğru yaşamışam mən səni.

Gözlərimdən damla-damla axanda,
Özgənin yanından mənə baxanda,
Arzularım ürəyimdə qalanda,
Yalan-doğru yaşamışam mən səni.

Günləri ötürüb bir külək kimi
Mən hamıdan gizlətmişəm dərdimi.
Qapısını bağlayanda qəlbimin,
Yalan-doğru yaşamışam mən səni.

Utanırdım evlənmirəm deyəndə
Xoşbəxtlikdən dolmuş gözlər görəndə
Mən ölmüşdüm sən başqasın sevəndə
Yalan doğru yaşamışam mən səni.

Doğru deyib yalanları sevmişəm.
O günlərin sənsizliyin çəkmişəm.
Nə olsun ki,bir azca gecikmişəm.
Yalan-doğru yaşamışam mən səni.

17.10.2012
Qəmər Nağızadə

:) Rey yazmaqcun facebook profilinizden istifade ede bilersiniz...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s