Mənim dəfnim barədə

    BeFunky_images.jpg              Yağış yağıb torpağın ətrinin bütün orginallığı ilə burnunuza təzyiq göstərdiyi gündə ölmək istəyirəm.Lakin günəşli , buludların zarafat edirmiş kimi fəzada düzüldüyü, küləyin xəfif, fəqət ritmik dalğalarla üzünüzə vurduğu, şıltaq bir gündə dəfn edin məni…       Öldüyüm günlə dəfnim arasından bir gündən artıq fərq qoymayın. Ki, yaraşmaz  bu cümlələri  “ki”  ilə başlayıb , “amma” ilə bitən romanların müəllifinə.

       İmkan verin fəlsəfəm qeyri-sabit, qeyri-monoton olsun. Kirli barmaqlarınızı uzatmayın tanrının təkrarolunmaz əsərinə-cəsədimə ! 

             Formaldehid tökməyin üzərimə .Bu qoxuya bütün varlığımla nifrət edərkən, incitməyin cismimdə bəlkə hələ də yaşamaqda olan son hücerələri…
           Soruşmayın məni dostlarımdan zatən diri ikən nifrət edirdi çoxu.Soruşmayın qohumlardan çoxu oğlu üçün gözaltı etmişdi, fikrimi belə soruşmadan.Soruşmayın məni arteriyalarında qanın hələ də dövrə edərək, yaşama gücünü itirməyən ürəklərin sahiblərindən.

           Mən ölüyəm soruşun məni cəsədimdən, köhnə gündəliklərimdən, gələcək sevgilimə yazdığım məktublardan, gələcək sandığım sevgilimin özündən…
          İnanın,o məni sizdən yaxşı tanıyır. Ona anlatmayın sinxron –xronikamı səhifə-səhifə,dəqiqə-dəqiqə.Ona anlatmayın ona buna qoşduğum ironik lətifələrimi.
        Ona danışın onu necə gözlədiyimdən,ona yazılan dəftərlərimin hər sətirinə indi ürəyimdən keçməsi mümkün olmayan milyonlarla hissin, milyonlarla cümlənin həyəcanını yerləşdirdiyimdən.Onu cümlələrə sığdıra bilməmişliyimdən…İndi dediklərimin yersizliyindən, dağınıq fikirlərimin boğazımda düyünlənən utancaq, amma çılğın kölgələrinin-son sözlərimin məni necə aram-aram öldürdüyündən…
         Danışın ona yerini tutmaq istəyənlərdən, ürək ağrılarımdan,vurğunu olduğum axşam küləyindən, ulduzları saymaq bəhsi ilə yatmadığım gecələrdən, ona yazmaqdan yorulmuş barmaqlarımdan, ayağıma tez-tez dolaşan ayağ bağlarından, ömrün ötən çağlarından…

       İzin verin son günümdə bilsin üzüldüklərimi…Qeyri-tamam, lakin qeyri-yalan deyə bilmədiyim həyatımı öz əlləri ilə sürgünə göndərsin “Torpaq” adlandırdıqları təzə evimə…
       Məzarıma gətirməsin bir dəstə gül…Dərilmiş güllərə necə nifrət etdiyimdən danışın ona,ətirləri sevmədiyimdən daha nələri sevmədiyimdən….
       Çalışın üzünü heç vaxt görməsəm də, ruhuna hər an toxunduğum gecikməsin dəfinimə… İcazə verin toxunsun barmaqlarıyla üzümdə yaranmış son təbəssümə…
                                                                            Qəmər Nağızadə
                                                                                 12.07.2013 (06: 30)

:) Rey yazmaqcun facebook profilinizden istifade ede bilersiniz...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s