Yaşatmaz Məni

Elə bilmə sevdim səni zamansız…
Bir dənizsən damlan yaşatmaz məni.
Dilimdədi həmin bəstə,həmin söz.
Əyər desəm “dayan” yaşatmaz məni.

Nə biləydim qismət belə,eşq belə…
Mən ömrümü həsr eledim kimlərə..
Matəm kimi yazıldım təqvimlərə
Məni məndən alan yaşatmaz məni…

Mücrü kimi möhürləndi mənliyim.
Yalan əkdim gül verdi çəmənliyim.
Ömrümü eşqinə qurban verdiyim,
Feşməkanov Filan Yaşatmaz məni..

İlk görüşdən ayrılmışıq sən demə.
Bu məhəbbət lazım deyil heç kimə
Peşman oldum dünyaya gəldiyimə.
Nə atan,nə alan yaşatmaz məni…

Çox aldatdım mən özümü gün sayıb.
Məhəbbətdə nə günah var nə ayıb..
Həyat jurnalımda çoxalıb “qaib”…
Bəhanələr,yalan yaşatmaz məni…

Çox zaman düşmənim olmuşam özüm.
Bəzən Gecəmdən fərqlənmir gündüzüm.
Gülərkən ölməkdimi Alın yazım?!
Ölürəm…Yaradan yaşatmaz məni…!!!

                    Qəmər Nağızadə ( 02.05.2012 )

:) Rey yazmaqcun facebook profilinizden istifade ede bilersiniz...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s